Nazir müavini: Beynəlxalq təşkilatlarda Azərbaycanla Argentina arasında səmərəli fəaliyyət mövcuddur

Nazir müavini: Beynəlxalq təşkilatlarda Azərbaycanla Argentina arasında səmərəli fəaliyyət mövcuddur

Hazırda oxunan: Nazir müavini: Beynəlxalq təşkilatlarda Azərbaycanla Argentina arasında səmərəli fəaliyyət mövcuddur

142455

“Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Argentina arasında mütəmadi qarşılıqlı dəstək və səmərəli birgə fəaliyyət mövcuddur”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib. 

"Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı koronavirusa qarşı peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsinə və digər qərarların qəbul edilməsinə dair ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslərə Argentina öz dəstəyini əsirgəməyib", - deyə nazir müavini vurğulayıb. 
Ölkələrimiz arasında mədəniyyət sahəsində də sıx əməkdaşlığın mövcud olduğunu deyən Elnur Məmmədov cari ildə diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi münasibətilə birgə silsilə tədbirlərin keçirilməsini məqsədəuyğun hesab edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO