Çin Xalq Respublikasının Çindao şəhəri ilə Azərbaycan Respublikasının Gəncə şəhəri arasında dostluq və əməkdaşlıq haqqında sazişin imzalanıb.
Bu barədə məlumatı Bizim.Media-nın yerli bürosu Gəncə şəhər İcra Hakimiyyətinə istinadən verir.
Sözügedən sazişi Gəncə şəhərinin adından Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı, Çindao şəhərinin adından isə şəhər merinin müavini Qen Tao imzalayıb.
Gəncə və Çindao arasında imzalanmış sözügedən saziş şəhərlər arasında ticarət-iqtisadi və mədəni-humanitar təmasları fəallaşdırmaqla yanaşı, Azərbaycan-Çin münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayan regionlararası əməkdaşlığın dərinləşməsinə də öz töhfəsini verəcək.
Məlumatda o da qeyd olunub ki, 10 milyon nəfərdən çox əhalisi olan Çindao Çinin əsas beynəlxalq liman şəhərlərindən biri olmaqla yanaşı, həm də ölkənin əsas turizm bölgəsi və dünyaca məşhur Haier, Hisense və CRRC kimi şirkətlərin istehsal müəssisələrinə ev sahibliyi edən vacib sənaye şəhəridir. Çindao şəhərinin 2022-ci ildə ÜDM-si 3.9 faiz artım nümayiş etdirərək, 223 milyard ABŞ dolları təşkil edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Siyasət
11:27 / 20.06.2023
Gəncə ilə Çindao şəhərləri əməkdaşlıq EDƏCƏK
Hazırda oxunan: Gəncə ilə Çindao şəhərləri əməkdaşlıq EDƏCƏK
Hazırda oxunan: Gəncə ilə Çindao şəhərləri əməkdaşlıq EDƏCƏK
142318
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.