Qərbi Azərbaycan İcması BMT nümayəndələri ilə qayıdış prosesini MÜZAKİRƏ ETDİ

Qərbi Azərbaycan İcması BMT nümayəndələri ilə qayıdış prosesini MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Qərbi Azərbaycan İcması BMT nümayəndələri ilə qayıdış prosesini MÜZAKİRƏ ETDİ

142015

Ermənistandan çıxarılan azərbaycanlı qaçqınları özündə birləşdirən və onların geri qayıdış hüququnun müdafiəsi ilə məşğul olan Qərbi Azərbaycan İcması Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) ölkəmizdəki nümayəndələri ilə görüşüb.

Bizim.Media Qərbi Azərbaycan İcmasının Facebook səhifəsinə istinadən bildirir ki, qayıdış prosesinin həyata keçirilməsində beynəlxalq dəstəyin əhəmiyyətinə önəm verən İcma daha əvvəl BMT və onun ixtisaslaşmış qurumlarının bu prosesə yardım etməsi çağırışı ilə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə müraciət etmişdi.

Görüş zamanı bir sıra mövzular, o cümlədən repatriasiya, reinteqrasiya, qaçqınların problemlərinin həlli, qarşıdan gələn Ümumdünya Qaçqınlar Günü ilə bağlı fikir mübadiləsi aparılıb.

Qərbi Azərbaycan İcması BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığını dünyada qaçqınların hüquqları və rifahını qorumaq öhdəliyinə sadiq qaldığına görə təqdir edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO