Tatarıstan Rəisi “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu - FOTO

Tatarıstan Rəisi “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu - FOTO

Hazırda oxunan: Tatarıstan Rəisi “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu - FOTO

142002

Azərbaycan Respublikasında səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov iyunun 18-də Şəhidlər xiyabanını ziyarət edib.

Bizim.Media xəbər verir ki, Tatarıstanın Rəisi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb.

Tatarıstanın Rəisi “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO