"Ermənistan-Azərbaycan sərhədində baş verən atışmaların Laçın yaxınlığında şəxsi heyətin daha çox yaralanması ilə nəticələnməsi bizi dərindən narahat edir".
Bu fikirləri Bizim.Media-nın sorğusuna cavab olaraq, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər "Laçın" buraxılış məntəqəsini atəşə tutdu - Sərhədçimiz yaralandı
O, ABŞ-ın Azərbaycan və Ermənistan arasındakı gərginliyindən narahatlıq keçirdiyini ifadə edib:
"Biz bir daha bəyan edirik ki, tərəflər davamlı və ləyaqətli sülh sazişi bağlamaq üçün çalışdıqca, bütün tərəflər sərhəd boyu hərbi əməliyyatlardan çəkinməli, Laçın dəhlizi ilə sərbəst və açıq tranzit bərpa edilməlidir. Tezliklə tərəflərin yenidən toplanmasını gözləyirik", - deyə M.Miller əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media