Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO

Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO

Hazırda oxunan: Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO

141557

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iyunun 15-də rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Şahbaz Şərif Şəhidlər xiyabanını ziyarət etdi - FOTO


Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verib.

Baş nazir Məhəmməd Şahbaz Şərif Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Pakistanın Baş nazirinə, Pakistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin qarşısından keçib.

Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif rəsmi foto çəkdiriblər.
 





















Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO