İyunun 13-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər.
Bu barədə Bizim.Media-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O bildirib ki, onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqə yaratmaq imkanı verilib:
"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:41 / 14.06.2023
Ermənistanda saxlanılan hərbçilərimiz ailələri ilə ƏLAQƏ SAXLADI
Hazırda oxunan: Ermənistanda saxlanılan hərbçilərimiz ailələri ilə ƏLAQƏ SAXLADI
Hazırda oxunan: Ermənistanda saxlanılan hərbçilərimiz ailələri ilə ƏLAQƏ SAXLADI
141459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.