Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi KEÇİRİLİB - FOTO/VİDEO

Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi KEÇİRİLİB - FOTO/VİDEO

Hazırda oxunan: Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi KEÇİRİLİB - FOTO/VİDEO

141198

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də rəsmi qarşılanma mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Rəcəb Tayyib Ərdoğan Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ - FOTO


Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. 

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan əsgərlərini salamlayıb. 

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. 

Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib. 

Azərbaycan nümayəndə heyətinin üzvləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib. 

Dövlət başçıları rəsmi foto çəkdiriblər.
 









Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO