PA rəsmisi: “Azərbaycan dünyada mina ilə ən çox çirklənən 10 ölkə sırasındadır”

PA rəsmisi: “Azərbaycan dünyada mina ilə ən çox çirklənən 10 ölkə sırasındadır”

Hazırda oxunan: PA rəsmisi: “Azərbaycan dünyada mina ilə ən çox çirklənən 10 ölkə sırasındadır”

140694

“Azərbaycan dünyada mina ilə ən çox çirklənən 10 ölkə sırasındadır”. 

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İRS silsiləsi çərçivəsində nəşr edilən “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimi zamanı Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib. 

Onun sözlərinə görə, Vətən müharibəsində qələbədən sonra yeni çağırışlar meydana gəlib. O bu xüsusda işğal altında olan şəhər və kəndlərin ermənilər tərəfindən məqsədli şəkildə dağıdılıb və talan edildiyini vurğulayıb: 

“Vaxtilə işğal olunmuş şəhərlərə qarşı genosid, ekosid törədilib. Burada söhbət ölkəmizin 9 şəhər və yüzlərlə yaşayış məntəqəsinin dağıdılmasından gedir. Ən ağır cəhət isə bu ərazilərdə mədəni, dini irsin dağıdılmasıdır”. 

H.Mikayıllı eyni zamanda azad olunan ərazilərdə işğal dövründə dağıdılan abidələri xatırladıb. O, bildirib ki, bütün bunlar iki xalq arasında barışığa mənfi təsir edir.

O vurğulayıb ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənən 10 ölkə sırasındadır: 

“Vətən müharibəsindən bəri minalar səbəbinsən 300 nəfər həlak olub və yaxud yaralanıb. Dağıntılar və mina ən böyük problemlərdən biridir”. 

“Azad olunan ərazilərin iqtisasiyyata böyük təsiri olacaq. Bu ərazilər su resursları baxımından zəngin olmaqla yanaşı, turizm imkanlarının artmasına da səbəb olacaq”, - deyə H.Mikayıllı vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO