Danışıqların növbəti raundu ilə bağlı ABŞ Dövlət Departamentindən ÖZƏL AÇIQLAMA

Danışıqların növbəti raundu ilə bağlı ABŞ Dövlət Departamentindən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Danışıqların növbəti raundu ilə bağlı ABŞ Dövlət Departamentindən ÖZƏL AÇIQLAMA

140489

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında danışıqların müxtəlif məkanlarda, o cümlədən liderlərin Kişineuda keçirilən son görüşünə getməsindən məmnundur. Tərəflər Cənubi Qafqaz regionu üçün dinc gələcəyə can atmağa davam etdiyi üçün biz danışıqların növbəti raundunu Vaşinqtonda keçirməyi səbirsizliklə gözləyirik".

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda bildirilib ki, görüşün tam vaxtı bilinməsə də, ABŞ danışıqlar üçün lazım olan tədbirləri tam həyata keçirib.

"Birbaşa dialoq problemlərin həlli və davamlı və layiqli sülhə nail olmaq üçün açardır. Danışıqların növbəti raundunun dəqiq tarixinə gəlincə, hazırda açıqlamaq üçün konkret tarixlərimiz yoxdur", - deyə sorğuya cavab olaraq bildirilib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO