Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclasında 19 sənəd İMZALANDI 

Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclasında 19 sənəd İMZALANDI 

Hazırda oxunan: Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclasında 19 sənəd İMZALANDI 

140441

Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 86-cı iclasında 19 sənəd imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin sədri Aleksandr Manilov jurnalistlərə bildirib. 

Manilov qeyd edib ki, bu gün təşkil edilən iclasın yekunlarına əsasən, MDB Sərhəd Xidmətləri Şurasının gələcək fəaliyyətini və işini tənzimləyən 19 sənəd imzalanıb. 

Onun sözlərinə görə, əsas sənəd Birliyə daxil olan ölkələrin xarici sərhədlərində yaranan vəziyyəti nəzərdə tutur. 

"Təəssüf ki, bu gün Mərkəzi Asiya regionu ölkələrinin sərhədində təhlükə qalmaqda davam edir. Ümumiyyətlə, dövlət sərhədlərində toqquşmalar dayanmır, bircə misal çəkə bilərəm: təkcə 2022-ci ildə və 2023-cü ilin əvvəlində Tacikistan sərhədçiləri 14 toqquşmanın qarşısını alıblar, bu zaman narkotik vasitələr keçirməyə cəhd edən 10-dan çox yaraqlı məhv edilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO