Ermənistan Sərhəd Qoşunlarının nümayəndə heyəti BAKIYA GƏLDİ

Ermənistan Sərhəd Qoşunlarının nümayəndə heyəti BAKIYA GƏLDİ

Hazırda oxunan: Ermənistan Sərhəd Qoşunlarının nümayəndə heyəti BAKIYA GƏLDİ

140429

Ermənistan nümayəndə heyəti MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasında iştirak edir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Sputnik Armenia" nəşri yayıb.

Mənbə yazır ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nümayəndə heyətinə komandan vəzifəsini əvəz edən şəxs başçılıq edir. Onlar Bakıya Moskvadan uçublar.

Qeyd edək ki, bu gün Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 86-cı iclası keçirilir. İclasda Ermənistan, Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan sərhəd xidmətlərinin nümayəndələri də iştirak edir.

İclas iştirakçıları MDB-yə üzv dövlətlərin sərhədlərindəki vəziyyəti  müzakirə edəcəklər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO