Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev etimadnaməsini bu ölkənin Prezidenti Uilyam Rutoya təqdim edib.
Ölkəmizin Keniyadakı səfirliyindən Bizim.Media-ya bildirilib ki, Prezident Uilyam Ruto səfirə yeni fəaliyyətində uğurlar arzulayıb və salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.
Öz növbəsində səfir Sultan Hacıyev Prezident İlham Əliyevin Keniya Prezidentinə və xalqına salamlarını və xoş arzularını çatdırıb. Diplomat ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Azərbaycanın Nayrobidə səfirliyinin açılmasının əlamətdar hadisə olduğunu söyləyən S.Hacıyev 2024-cü ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi olduğunu qeyd edib.
Sonda səfir S. Hacıyev Prezident Uilyam Rutoya xoş və səmimi qəbula görə təşəkkür edib və onun salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılacağını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:20 / 08.06.2023
Azərbaycan səfiri etimadnaməsini Keniya prezidentinə təqdim etdi - FOTO
Hazırda oxunan: Azərbaycan səfiri etimadnaməsini Keniya prezidentinə təqdim etdi - FOTO
Hazırda oxunan: Azərbaycan səfiri etimadnaməsini Keniya prezidentinə təqdim etdi - FOTO
140418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.