Ötən gün ermənilər həm Ermənistan-Azərbaycan şərti sərhəddində, həm də rus sülhməramlılarının nəzarət zonalarında silahlı təxribatlar törədiblər. Düşmənin təxribatçı hərəkətlərinin qarşısı ordumuz tərəfindən qətiyyətlı alınıb.
Hər hansı bir itki olmasa da bu cür təxribatlar, təbii ki, ciddi narahatlıq və narazılıq yaradır. Eləcə də bu cür təxribatlar törədən ermənilərin sülh danışıqlarında heç də səmimi olmamasını göstərir.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, ermənilərin son vaxtlar həm Ermənistan-Azərbaycan şərti sərhədində, həm də sülhməramlıların nəzarət zonasında atəşkəsi pozması və mühəndis qurğuları qurması onların irimiqyaslı təxribatlara hazırlaşdıqlarının göstəricisidir:
“Sülh danışıqlarının intensivləşdiyi bütün dönəmlərdə biz ermənilərin bu cür təxribatlara əl atdıqlarının şahidi olmuşuq. Ermənilərin bu cür təxribatçı hərəkətləri ilə hansısa bir uğur qazanmaq şansları yoxdur. Sadəcə belə təxribatlarla ermənilər danışıqlar masasında hansısa arqument əldə etməyə səy göstərirlər.
Belə vəziyyətdə isə Azərbaycan ordusu düşmənin istənilən təxribatına qətiyyətli cavab verməli və düşmənin atəş mövqeyində Azərbaycan bayrağının dalğalanmasına nail olmalıdır. Mühəndis qurğuları olan ərazilər isə artileriyanın imkanları ilə dağıdılmalıdır. Beləcə bütün təxribatlara ən layiqli şəkildə cavab verilməlidir.
Atəşkəsin intensiv şəkildə pozulması və mühəndis qurğularının inşasının qarşısını almaq üçün müəyyən antiterror əməliyyatların keçirilməsi də vacibdir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:00 / 07.06.2023
“Ermənilər irimiqyaslı təxribatlara hazırlaşır” – Ədalət Verdiyevdən XƏBƏRDARLIQ
Hazırda oxunan: “Ermənilər irimiqyaslı təxribatlara hazırlaşır” – Ədalət Verdiyevdən XƏBƏRDARLIQ
Hazırda oxunan: “Ermənilər irimiqyaslı təxribatlara hazırlaşır” – Ədalət Verdiyevdən XƏBƏRDARLIQ
140210
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.