İlham Əliyev Latviyanın yeni seçilmiş Prezidentini təbrik edib

İlham Əliyev Latviyanın yeni seçilmiş Prezidentini təbrik edib

Hazırda oxunan: İlham Əliyev Latviyanın yeni seçilmiş Prezidentini təbrik edib

140086

Prezident İlham Əliyev Latviya Respublikasının yeni seçilmiş Prezidenti Edqars Rinkeviçsə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir: 

“Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. 

Biz Azərbaycan-Latviya münasibətlərinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcək, strateji tərəfdaşlığımız və səmərəli əməkdaşlığımız daha da genişlənəcəkdir. 
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO