İlham Əliyev Kişinyovda Makronla ayaqüstü söhbət etdi - FOTO

İlham Əliyev Kişinyovda Makronla ayaqüstü söhbət etdi - FOTO

Hazırda oxunan: İlham Əliyev Kişinyovda Makronla ayaqüstü söhbət etdi - FOTO

139148

Xəbər verdiyimiz kimi, bu gün Moldovanın paytaxtı Kişinyov şəhərində Avropa Siyasi Birliyinin ikinci sammitinin açılış mərasimi olub. Tədbirdən öncə həyətdə Azərbaycan prezidenti İlham Əliyevlə Fransa prezidenti Emmanuel Makron arasında ayaqüstü söhbət olub.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.

Fotoda hər ki liderin əhval-ruhiyəsinin yüksək olduğu və ürəkdən güldükləri aydın görünür.

Xatırladaq ki, sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Almaniya kansleri Olaf Şolz arasında beştərəfli görüş planlaşdırılır.

Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO