Etibar Məmmədovdan antiterror əməliyyatlarının ANONSU – “İstənilən vaxt başlaya bilər”

Etibar Məmmədovdan antiterror əməliyyatlarının ANONSU – “İstənilən vaxt başlaya bilər”

Hazırda oxunan: Etibar Məmmədovdan antiterror əməliyyatlarının ANONSU – “İstənilən vaxt başlaya bilər”

138945

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dünən Laçın şəhərinə qayıdan əhali ilə görüşündəki çıxışı zamanı Qarabağ ermənilərinə, separatçılara ciddi mesajlar verib.

Dövlət başçısı bildirib ki, aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün bir dərs olmalıdır.

Prezident çıxışında separatçılara şans verərək, deyib ki, biz dözümlü münasibət sərgiləyirik:

“Amma hamıya məlumdur ki, bu gün Azərbaycan həmin regionda istənilən əməliyyatı keçirmək üçün bütün imkanlara malikdir. Ona görə də “parlament” buraxılmalı, özünü “prezident” adlandıran element təslim olmalı, bütün “nazirlər”, “deputatlar” öz postlarını təhvil verməlidirlər. Yalnız bu halda güzəştlər ola bilər. Yalnız bu halda hansısa amnistiyadan söhbət gedə bilər”.

Prezidentin bu konkret tələbi nəinki həmin şəxslərin bağışlanılmasından, həm də ölkəmizin antiterror əməliyyatı keçirməkdə tam qərarlı olduğundan xəbər verir. 

Eyni zamanda, son günlərdə erməni təxribatları da intensivləşib. May ayının sonlarına doğru əvvəlcə ermənilər Ermənistan tərəfdən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki bölmələrini atəşə tutmağa cəhd etdilər. Mayın 28-də isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. 

Hər iki halda düşmən tərəf Azərbaycan Ordusunun cavab atəşi nəticəsində yerində otuzdurulub. 

Bütün bunlar separatçılara qarşı antiterror əməliyyatınlarının qaçılmaz olduğunu deməyə əsas verir. 

Bizim.Media-ya açıqlamasında AMİP lideri Etibar Məmmədov bildirir ki, istənilən an antiterror əməliyyatları baş tuta bilər: 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan separatçıların üzünə “QAPILARI BAĞLADI” – Qondarma rejimin SON GÜNLƏRİ


“Qarşıda tərəflər arasında Kişinyov görüşü olacaq. ABŞ və Avropa İttifaqı ciddi şəkildə çalışır ki, tezliklə sülh müqaviləsi imzalansın. Bu baxımdan sülh müqaviləsinin imzalanmasında maraqlı olmayan qüvvələr onun qarşısını almaq üçün hansısa təxribatlara gedə bilərlər. Necə ki, son günlər ermənilərin təxribatları fonunda bunun bir daha şahidi oluruq. 

Belə vəziyyət isə təxribatlara son qoymaq üçün Azərbaycan Ordusunun antiterror əməliyyatı keçirməsinə gətirib çıxara bilər. Azərbaycan Ordusunda hər zaman antiterror əməliyyatına hazırlıq gedir. İstənilən vaxt bu baş tuta bilər. Həmin əməliyyatın nə vaxt zərurətə çevriləcəyini Ali Baş Komandan bilir. Ona görə təxribatlarda maraqlı olanlar bilməlidir ki, bu əməllərinin nəticəsi onlar üçün ağır olacaq. Bu səbəbdən tez bir zamanda sülh müqaviləsinə imza atmalıdırlar”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO