Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara, Baş Qərargah rəisi ordu generalı cənab Yaşar Gülerə və Milli İstihbarat Təşkilatının rəhbəri cənab Hakan Fidana başsağlığı ünvanlayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, başsağlığında bildirilir:
"Qardaş Türkiyə Respublikasının Quru Qoşunlarına məxsus hərbi helikopterin Bitlisdə qəzaya uğraması nəticəsində Elazığ 8-ci ordu korpusunun komandiri korpus generalı Osman Erbaşın, digər yüksək rütbəli hərbi qulluqçuların həlak olması və yaralanması, Şırnak bölgəsində hərbi avtomaşının aşması nəticəsində on bir hərbi qulluqçunun xəsarət alması xəbəri bizi dərindən kədərləndirdi.
Şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir və onların dərdlərinə şərik olduğumuzu bildiririk. Bütün yaralılara tezliklə sağalmaları üçün şəfa arzulayırıq".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:16 / 05.03.2021
Əli Nağıyev başsağlığı verdi
Hazırda oxunan: Əli Nağıyev başsağlığı verdi
Hazırda oxunan: Əli Nağıyev başsağlığı verdi
13870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.