İsrail Prezidenti: Azərbaycan regionun çox əhəmiyyətli ölkəsidir

İsrail Prezidenti: Azərbaycan regionun çox əhəmiyyətli ölkəsidir

Hazırda oxunan: İsrail Prezidenti: Azərbaycan regionun çox əhəmiyyətli ölkəsidir

138684

"Azərbaycan regionun çox əhəmiyyətli ölkəsidir. Azərbaycan ilə qarşılıqlı əlaqələrin genişlənməsi tərəflər üçün olduqca faydalıdır. Azərbaycan, eyni zamanda, bizim üçün dost ölkədir və onunla əlaqələr xarici siyasətimizdə prioritet istiqamətdir".

Bizim.Media İsrail mətbuatına istinadən xəbər verir ki, bu sözləri İsrail Prezidenti İsxaq Hersoq jurnalistlərə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İsrail Prezidenti Bakıda belə qarşılandı – FOTO/VİDEO 


O bildirib ki, İsrail Azərbaycan ilə bir çox sahələrdə sıx əməkdaşlıq əlaqələrini davam etdirməkdə maraqlıdır.

İsrailin “Haaretz”, “İsrael xayom”, “The Jerusalem Post” qəzetləri, rusdilli “Bести Израил”, NEWSru.co.il saytları qeyd edirlər ki, Prezident İsxaq Hersoqun səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi, sənədlərin imzalanması və İsrail Dövlətinin 75 illiyinə həsr olunmuş tədbirdə də iştirakı nəzərdə tutulur.

Son illər İsrail Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsi təsadüfi deyil. İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Hazırda bu ölkə neftə tələbatının 40 faizini Azərbaycandan idxal etməklə ödəyir.

Bununla yanaşı, hərbi sahədə də sıx əməkdaşlıq əlaqələrimiz var. Təsadüfi deyil ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Qələbənin qazanılmasına Azərbaycanın İsraildən aldığı hərbi məhsullar da öz töhfəsini verib.
Hazırda Azərbaycan ilə İsrail arasında hərbi, kənd təsərrüfatı, energetika və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri var. İsrail Prezidentinin ölkəmizə rəsmi səfəri bu münasibətlərin daha da inkişafına kömək edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO