İsrail Prezidenti Bakıda belə qarşılandı – FOTO/VİDEO 

İsrail Prezidenti Bakıda belə qarşılandı – FOTO/VİDEO 

Hazırda oxunan: İsrail Prezidenti Bakıda belə qarşılandı – FOTO/VİDEO 

138680

Xəbər verdiyimiz kimi, İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Bizim.Media xəbər verir ki, Prezident İsxaq Hersoqun Bakı Hava Limanında səmimi qarşılanma mərasimi olub. 

Hava limanında İsrail prezidentini, həmçinin Bakının Xətai rayonundakı Əbilov yaşayış massivində fəaliyyət göstərən “Xabad-Or-Avner” yəhudi məktəbində təhsil alan 30 uşaq qarşılayıb.

Hersoqu səfərdə Səhiyyə və Daxili İşlər Naziri Moşe Arbel müşayiət edir. Səfər zamanı İsrail və Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlığa dair ikitərəfli saziş imzalanacaq.

Rəsmi görüşlərdən əlavə, Hersoq və xanımı İsrail Dövlətinin yaradılmasının 75-ci ildönümü şərəfinə keçiriləcək bayram tədbirində iştirak edəcək və yerli yəhudi icmasının fəalları ilə görüşəcəklər.
 

MÖVZU İLƏ BAĞLI:

İsrail Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO


Həmin görüntüləri təqdim edirik: 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO