Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Bizim.Media xəbər verir ki, başsağlığıda deyilir:
Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
Hərbi helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması xəbəri məni olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:59 / 04.03.2021
Prezidentdən Ərdoğana başsağlığı
Hazırda oxunan: Prezidentdən Ərdoğana başsağlığı
Hazırda oxunan: Prezidentdən Ərdoğana başsağlığı
13786
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.