Moskvada üçtərəfli görüşdə iki sənəd qəbul ediləcək

Moskvada üçtərəfli görüşdə iki sənəd qəbul ediləcək

Hazırda oxunan: Moskvada üçtərəfli görüşdə iki sənəd qəbul ediləcək

137856

Mayın 25-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli sammiti keçiriləcək. 

Bizim.Media xəbər verir ki, Rusiyanın “Kommersant” qəzeti bununla bağlı material hazırlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Moskvada liderlərin üçtərəfli görüşü keçiriləcək


Mənbə söhbətin asan olmayacağını yazıb. Qəzet xatırladır ki, mayın birinci yarısında xarici işlər nazirləri, daha sonra Azərbaycan və Ermənistan liderləri əvvəlcə Vaşinqtonda, sonra Brüsseldə danışıqlar apardıqdan sonra prosesə qoşulmaq növbəsi Moskvaya çatıb.

Mayın 23-də Azərbaycan, Ermənistan və Rusiya Federasiyası baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Mqer Qriqoryan və Aleksey Overçukun rəhbərlik etdiyi üçtərəfli işçi qrupu Rusiya paytaxtında toplaşıb. Onlar regionda iqtisadi-nəqliyyat əlaqələrinin bərpa edilməsi ilə bağlı müzakirə aparıblar. 
Baş nazir müavinlərinin koordinasiyası mayın 24-də də bütün gün davam edib. Onlar nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması haqqında sənəd hazırlayıblar.

Xarici işlər nazirlikləri isə İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin sayca beşinci olan birgə bəyanatını təqdim ediblər.

Qəzet əminliklə qeyd edir ki, sammitin sonunda ən azı iki sənəd qəbul ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO