Nə üçün Moskva Ermənistanın göz yaşlarına inanmır?

Nə üçün Moskva Ermənistanın göz yaşlarına inanmır?

Hazırda oxunan: Nə üçün Moskva Ermənistanın göz yaşlarına inanmır?

1377

Yaxın günlərdə Ermənistan rəhbərliyinin Avropaya səfərləri  və atəşkəslə bağlı tələblərini reallaşdırmaq üçün Moskvaya yox, okeanın o tayına üz tutması bəzi suallar doğurur. Hər zaman Ermənistanın yanında olduğunu qeyd edən Rusiya isə öz səssizliyini qorumağa davam edir. Qəribə şəkildə erməni maraqlarının qorunması və müdafiəsinin artıq Rusiya üçün prioritet olmadığı gün üzünə çıxır. Ermənilərin Rusiyanın gözündə əvvəlki mövqelərini itirməsinə nəyin səbəb olması isə olduqca maraqlıdır.

Hələ hərbi əməliyyatlar başlanmamışdan xeyli əvvəl 2020-ci ilin fevralında Gradator.ru saytı Rusiya Baş Prokurorluğu və İstintaq idarəsinin yüksək dövlət vəzifələrində yer alan şəxslərə qarşı əməliyyata başladığı haqqında məlumat dərc etmişdi. Məlumatda yeni təyin olunan Baş prokuror İqor Krasnovun qısa müddətdə öz əhatəsində təmizlik işlərinə başladığı və Baş prokurorluq orqanlarında yüksək vəzifələr tutmuş şəxslərin kütləvi şəkildə vəzifədən uzaqlaşdırılmasına yer verilirdi. Belə ki, əməliyyat çərçivəsində 2 gün ərzində prokurorluq orqanlarının 20-yə yaxın yüksək vəzifəli əməkdaşı vəzifəsindən azad edilmişdi.

Vəzifədən azad edilən şəxslərin əksəriyyətinin erməni əsilli olması erməni diasporası və Rusiya güc strukturları ilə yaxın əməkdaşlıqlara malik olması xüsusilə diqqət çəkirdi. Təmizlik çərçivəsində Baş prokurorluğun əsas fiqurlarından biri olan ətraf mühitin mühafizəsi və təbiətin istifadəsi haqqında qanunların icrasına nəzarət şöbəsinin müdiri Georgi Avaqumyan, İstintaq və əməliyyat-axtarış fəaliyyətinə nəzarət şöbəsinin müdiri Yuri Karapetyan, habelə beynəlxalq hüquq əməkdaşlığı şöbəsinin müdir müavini Mnatsakan Sarkisyan kimi şəxslər öz vəzifələrini tərk etməli olmuşdular.

Müəyyən olunmuşdu ki, uzaqlaşdırılan şəxslərin erməni diasporası ilə yaxın əlaqələrə malik olmaqda və Rusiyanın önəmli güc mərkəzlərinə sızmaqda əsas məqsədləri rəsmi Moskvanın siyasətinə erməni maraqlarına uyğun şəkildə təsir etmək imiş.

Eyni zamanda, adları çəkilənlərin keçmiş Baş prokuror Yiru Çaykanın himayəsi altında fəaliyyət göstərdikləri və digər sahələrdə də ciddi maliyyə fırıldaqlarında adlarının hallandığı qeyd olunurdu.

Rusiyada aylar əvvəl baş verən əməliyyatla birlikdə daşlar yavaş-yavaş öz yerinə oturmağa başlayır. Son günlərdə Ermənistan hakimiyyətinin Rusiyadan istədiyi dəstəyi ala bilməməsinin, Putinin Paşinyanın aramsız telefon zənglərinə cavab verməməsinin pərdə arxasında erməni diasporasının önəmli “yüksəklikləri” itirməsi ehtimalının olduğu aydın görünür. Əks halda, öz mənfur məqsədlərinə nail olmaq üçün erməni diasporası Moskava əvəzinə okeanın o tayına yönəlməyə qərar verməzdi.

Rəvan Əliyev, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO