“YAP-a qoşulmaq istəyən partiyalar yəqin ki, ölçüb-biçib bu qərara gəliblər” – YAP Siyasi Şurasının üzvü

“YAP-a qoşulmaq istəyən partiyalar yəqin ki, ölçüb-biçib bu qərara gəliblər” – YAP Siyasi Şurasının üzvü

Hazırda oxunan: “YAP-a qoşulmaq istəyən partiyalar yəqin ki, ölçüb-biçib bu qərara gəliblər” – YAP Siyasi Şurasının üzvü

13761

Yeni Azərbaycan Partiyasının (YAP) sabahkı qurultayında 4 partiyanın YAP-a qoşulacağı bildirilir.

Məlumata görə Azərbaycan Demokratik Sahibkarlar Partiyası (sədri Qasım Qasımov), Azərbaycan Kəndli Partiyası (sədri Məmməd Məmmədov), Azərbaycan Xalq Demokratik Partiyası (sədri Rafiq Turabxan), Azərbaycan Yurddaş Partiyası (sədri Gülay Quliyeva) qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçiriblər.

YAP-ın Siyasi Şurasının üzvü Şahlar Əsgərov Bizim.Media-ya açıqlamasında 4 partiyanın YAP-a qoşulma təşəbbüsünə münasibət bildirib. 

 

MÖVZU İLƏ BAĞLI:

YAP rəsmisi qurultayın keçiriləcəyini təsdiqlədi – “Deyildi ki, qurultaydan öncə peyvənd olunmalısız"


“Azərbaycan Yurddaş Partiyasını tanıyıram, vaxtilə sədri parlamentdə də təmsil olunurdu. YAP-ın nizamnaməsində göstərilir ki, partiyalar həm tək, həm də qrup halında tərkibinə qəbul oluna bilər".

"YAP-a qoşulmaq o partiyaların öz təşəbbüsüdür. Yəqin ki, özləri ölçüb-biçib və bu qərara gəliblər. Əsas odur ki, xalqımıza və dövlətimizə xeyirli olsun”.

Xatırladaq ki, sabah hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçiriləcəyi bildirilir.

YAP tərəfindən qurultayın çağırılması hələki rəsmi təsdiqlənməyib.

Amma özəl mənbələr partiyanın tərkibinin yenilənəcəyini və bir çox məşhur simaların partiyanın rəhbər orqanlarından uzaqlaşdırılacağını istisna etmirlər. Partiyada uzun zamandır təmsil olunan yaşlı kadrların gənclərlə əvəzlənəcəyi də iddia olunur.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO