Bayden:

Bayden: "ABŞ Azərbaycanla Ermənistan arasında ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcək"

Hazırda oxunan: Bayden: "ABŞ Azərbaycanla Ermənistan arasında ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcək"

136959

“Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər ABŞ Prezidneti Co Baydenin 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubunda yer alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bayden İlham Əliyevi TƏBRİK EDİB


"Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq.

Xüsusən, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq. Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir", - deyə Bayden qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO