“Azərbaycan Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülhün və sabitliyin bərqərar edilməsində maraqlıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə mayın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Ermənistan XİN başçıları bu məsələləri MÜZAKİRƏ EDİBLƏR
Sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayan Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqlarda, eləcə də nəqliyyat-kommunikasiyaların açılması prosesi üzrə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrinin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.
Bizim.Media