Gələn həftə Baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli qrupun Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına dair məsələ ilə bağlı iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə birgə üçtərəfli görüşün yekunlarına dair açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin GÖRÜŞÜ BAŞLAYIB
Xatırladaq ki, bu gün Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.
Bizim.Media