“Tezliklə Şimal-Cənub dəhlizi üzrə gələcək fəaliyyət razılaşdırılacaq”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.
MÖVZU İLƏ BAĞLI:
Moskvada Azərbaycan-Rusiya xarici işlər nazirlərinin GÖRÜŞÜ BAŞLADI - VİDEO
"Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsi ilə bağlı qətiyyətimizi vurğulamaq istəyirəm.
Maraqlı layihələr arasında Şimal-Cənub dəhlizi yer alır. Liderlərimiz bunu həm öz aralarında, həm də digər maraqlı tərəflərin iştirakı ilə müzakirə ediblər, bu cür tərəflərin sayı isə az deyil. Bu səbəbdən ən yaxın görüşdə bu və digər istiqamətlərdə gələcək fəaliyyətin razılaşdırılacağına ümid edirik", - o deyib.
Bizim.Media