Hikmət Haciyev:

Hikmət Haciyev: "Qafqazda Avropanın maraqları risk altındadır"

Hazırda oxunan: Hikmət Haciyev: "Qafqazda Avropanın maraqları risk altındadır"

1368

Bizim.Media İtaliyanın İl Sole 24 Ore saytına istinadən məlumat verir ki, prezidentin köməkçisi Hikmət Hacıyevin İtaliyanın İl Sole 24 Ore qəzetində müsahibəsi yayımlanıb. 


Müsahibə çərçivəsində Hikmət Hacıyev ilk öncə Azərbaycanın ərazi bütövlüyün dəstəkləyən Avropa Birliyinə minnətdarlığını qeyd edib. Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlığının olduğunu qeyd edən Hikmət Hacıyev, fevral ayında Azərbaycan prezidentinin Romaya rəsmi səfər etdiyini, bu rəsmi səfər zamanı müdafiə və hərbi əməkdaşlıq da daxil olmaqla müxtəlif sahələrdə 20-dən çox müqavilə imzalandığını da diqqətə çatdırıb.

İtaliya ilə Azərbaycan arasındakı əməkdaşlıq enerjidən təhlükəsizliyə, həmçinin mədəniyyətə qədər çoxşaxəli olduğunu bildirən Hikmət Hacıyev, Roma bizim üçün mühüm strateji tərəfdaşdır və əminəm ki, irəlidə də bu davam edəcəkdir deyə ifadə edib.

Hikmət Hacıyev, Azərbaycanın Madrid prinsipləri üzərindən müzakirəyə açıq olduğunu, Ermənistanın isə “Qarabağ Ermənistandır” deməklə bu prinsipləri heçə saydığını da əlavə edib. Bu anlaşmazlığın tək bir müzakirə paketi ilə həll olunmayacağını bildirib, Azərbaycan ilk olaraq Qarabağ ətrafı 7 rayonun azad edilməsini istəyir, ikinci olaraq isə Azərbaycanlı yerli əhalinin ora köçürülməlidir və bundan sonra digər məsələləri müzakirə etmək olar, deyə o, əlavə edib.

İtaliyan jurnalistin Qarabağ ermənilərinin Azərbaycanda təqib olunmaqdan qorxmaları ilə bağlı ünvanladığı suala cavabında isə Hikmət Hacıyev, biz erməni xalqının hüquqlarını qəbul edirik deyə qeyd edib. Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnun diqqətə çatdıran Hikmət Hacıyev, Azərbaycanın bütün erməni sakinlərinin təhlükəsizliyini təmin etməyə və Cənubi Tiroldakı kimi muxtariyyət forması yaratmağa hazır olduğunu bildirib.

Hikmət Hacıyev Azərbaycanın regiondakı enerji təhlükəsizliyi ilə bağlı olaraq strateji xətlərin təhlükəsizliyini ən yaxşı şəkildə təmin etməyə çalışdığını qeyd edib. Daha əvvəl boru kəmərlərinə qarşı hücumların gerçəkləşdirildiyini nəzərə çatdıraraq Ermənistanın irəlidə də enerji mənbələrini vurmağa çalışacağını istisna edilmədiyini qeyd edib. Ermənistanın münaqişəni genişlətmək cəhdlərinin İtaliyanın strateji maraqlarını da riskə atdığını qeyd edib.

Hikmət Hacıyev Pandemiya və indi də müharibə Azərbaycanı iqtisadi böhran səbəb ola bilərmi? sualına cavabında, neft qiymətlərindəki azalma və pandemiya Azərbaycan iqtisadiyyatını bir qədər zəiflətdiyini, lakin buna baxmayaraq inkişaf tempinin sabit olaraq qaldığını bildirib. Ehtiyatlarımız var və hərbi əməliyatlar bitdikdən sonra təsdiqlədiyimiz islahatları həyata keçirərək iqtisadiyatımızı əvvəlki vəziyətinə qaytara bilərik, deyə əlavə edib.

Türkiyənin Azərbaycana dəstəyinin ancaq siyasi və mənəvi dəstək olduğunu qeyd edən Hikmət Hacıyev, döyüşlərdə üçüncü tərəfin iştirakının isə yalan olduğunu bildirib. Azərbaycanın güclü ordusunun olduğunu və muzdlu döyüşçülərə ehtiyac olmadığını da əlavə edib. 

Jurnalistin Azərbaycanın Türkiyə istehsalı dronlardan istifadə etməsi ilə bağlı sualına cavabında yanlış silahlardan istifadə edən tərəfin məhz ermənilər olduğunu qeyd edən Hikmət Hacıyev, Ermənistanın məqsədli şəkildə şəhərlərimizi bombaladığını da qeyd edib.

Hikmət Hacıyev Azərbaycanın öz əsgərlərinin həyatına hər zaman dəyər verdiyini, Erməni mülki əhaliyə də eyni qayda ilə yanaşıldığını, hərbi əməliyatda mülki şəxslərin zərər görməsinin qarşısının alındığını qeyd edib. Digər tərəfdən də ermənilərin əlindəki tankların və silahların sayı bizi təcübləndirir deyə qeyd edən Hikmət Hacıyev, kiçik və kasıb ölkə üçün bunu ancaq üçüncü ölkələr vastəsilə təmin edə biləcəyini diqqətə çatdırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO