Şimal-Cənub dəhlizi yenidən GÜNDƏMDƏ – İran Azərbaycanın açar ölkə olduğu layihəyə niyə mane olur?

Şimal-Cənub dəhlizi yenidən GÜNDƏMDƏ – İran Azərbaycanın açar ölkə olduğu layihəyə niyə mane olur?

Hazırda oxunan: Şimal-Cənub dəhlizi yenidən GÜNDƏMDƏ – İran Azərbaycanın açar ölkə olduğu layihəyə niyə mane olur?

136654

Nəhayət İranla Rusiya arasında Rəşt-Astana dəmir yolunun yarımçıq qalan hissəsinin tikintisinə dair sazişin imzalanması qətiləşdi. Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi Rəşt-Astara dəmiryolu hissəsinin tikintisinə dair sazişin imzalanması mərasimində iştirak ediblər.

Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılması işlərini birgə maliyyələşdirəcəklər.

İranın Moskvadakı səfiri Kazım Cəlaliyə bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tikintisinin başa çatdırılması iki ölkənin prioritetlərindən biridir: 

“Şimal-Cənub” Nəqliyyat Dəhlizinin Rusiya, Azərbaycan və İranın daxil olduğu qərb qolunun dəmir yolu baxımından Rəşt ilə Astara arasında 162 kilometrlik çatışmayan qovşaq var. Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatması ilə Sankt-Peterburqla Fars körfəzi arasında əlaqə yaradılacaq”.

Qeyd edək ki, sözügedən dəmir yolunun çəkilməsi ilə əlaqədar bir müddət əvvəl Azərbaycanla İran arasında ciddi iş gedirdi. Azərbaycan yolun Astara hissəsində üzərinə düşən işləri gördü. Üstəlik, Azərbaycan dəfələrlə Rəşt-Astara hissəsi ilə bağlı xərcləri öz üzərinə götürməyə hazır olduğunu bəyan edib. 
Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma 2000-ci ilin sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında əldə edilib. Azərbaycan həmin layihəyə 2005-ci ilin sentyabrında qoşulub.Şimal-Cənub dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir.

Ekspertlərin proqnozlarına görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Lakin o da bəllidir ki, İran rejimi hələ də Azərbaycanla münasibətlərin gərgin qalmasında maraqlıdır. 

Son zamanlar münasibətlərdəki gərginlik bir qədər səngisə də, görünən odur ki, Tehran hələ də Bakıya ehtiyatla yanaşmaqda davam edir. Amma bununla belə, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf etməkdədir. Eyni zamanda, Rəşt-Astara dəmir yolunun çəkilişi birmənalı şəkildə iqtisadi əlaqələrimizin daha da sürətlənməsinə stimul yarada bilər. 

Bu mənada, görəsən sözügedən dəmir yolunun istismara verilməsi İran-Azərbaycan münasibətlərinin normallaşmasına da töhfə verə bilərmi? 

Bizim.Media-ya açıqlama verən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirir ki, Bakı ilə Tehran arasında gərginliyi yaradan səbəblər başqadır, bu Azərbaycanla İran arasında olan münasibətlərlə bağlıdır: 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir”


“Gərginlik İranın Azərbaycana qarşı pozuculuq fəaliyyəti, səfirliyimizə hücum, Ermənistanı Azərbaycana qarşı pozuculuq fəaliyyətində dəstəkləməsi kimi məsələlərlə bağlıdır. Rəşt-Astara dəmir yolu layihəsi isə beynəlxalq layihədir. Onda Rusiyanın, Hindistanın, ərəb ölkələrinin də marağı var. Layihədə daha çox Moskva maraqlıdır. Dəmir yolu sazişi yeni imzalanıb.

Reallaşmasına 7 il var. Ona qədər yəqin ki, İran tərəfi də ağıllanar. İran rəsmiləri davamlı olaraq Azərbaycanla münasibətlərdə iqtisadi məsələlərə önəm verir. Gərginliyin olduğunu qeyd etsələr də, Azərbaycanla iqtisadi əlaqələrin davamlı olmasının vacibliyini də daim vurğulayırlar. Layihə bugünkü siyasi konyuktura üçün deyil, gələcəyi olan bir hadisədir”.

Həmsöhbətimiz bildirir ki, İran tərəfi Azərbaycanın da rolunun olması səbəbindən layihənin gerçəkləşməsini uzadır:

“Rəşt-Astara dəmir yolu layihəsi ətrafında 20 ildən çoxdur ki, danışıqlar gedir. İran tərəfi bu məsələdə Azərbaycanın da rolunun olması səbəbindən prosesin gerçəkləşməsini uzadır. Çünki bu məsələdə Bakı açar rolundan birini oynayır. Rəşt-Astara dəmir yolu həm də Rusiya ilə İranı brləşdirən vacib quru yoludur. 

Moskva ilə Tehranı bu qədər asanlıqla birləşdirə biləcək heç bir digər layihə yoxdur. Tehran layihədə Azərbaycanın aparıcı olduğunu bildiyindən müxtəlif bəhanələr uydurur. Məsələn, Tehran xəttin Ermənistan, Gürcüstan, oradan Qara dəniz və Avropaya keçməsi, yaxud da Pakistan-Əfqanıstan-İran-Türkiyəyə keçməsilə bağlı müxtəlif layihələr uydurub. Amma bu layihələrin heç biri nə realdır, nə də siyasi cəhətdən qəbul ediləndir. 
Azərbaycanın iştirak etdiyi layihə isə həm siyasi, həm də beynəlxalq baxımdan reallaşması mümkün olan variantdır. Layihənin Astara-Astara xətti Bakı tərəfindən tikilib. Qəzvin-Rəşt xətti də hazırdır. Sadəcə olaraq, İran tərəfi maliyyənin olmaması bəhanəsilə 165 km-lik Astara-Rəşt xəttinin tikilməsini ləngidir. Bütün hallarda Astara-Rəşt dəmir yolu xəttinin 2030-cu ildə reallaşacağı gözlənilir”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO