Prezident: “Azərbaycan-Slovakiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyub”

Prezident: “Azərbaycan-Slovakiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyub”

Hazırda oxunan: Prezident: “Azərbaycan-Slovakiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyub”

136458

"“Həmrəylik Halqası” STRİNG layihəsi çərçivəsində Azərbaycan və Slovakiya arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edərkən bildirib.

Söhbət zamanı ölkələr arasında enerji sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, bu yaxınlarda Bolqarıstanda əsası qoyulmuş “Həmrəylik Həlqəsi” təşəbbüsü çərçivəsində Azərbaycan qazının Slovakiyaya çatdırılması istiqamətində böyük perspektivlərin olduğu bildirilib.

Enerji sahəsində əlaqələrə toxunan dövlət başçısı bu ilin aprelində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Anlaşma Memorandumunun imzalanmasının önəmini qeyd edib.

Prezident İlham Əliyev ticarət, qarşılıqlı investisiya qoyuluşu, nəqliyyat sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Xatırladaq ki, aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO