“Azərbaycan öz kimliyini bərqərar edən dövlətə çevrilib” - Pakistan rəsmisi

“Azərbaycan öz kimliyini bərqərar edən dövlətə çevrilib” - Pakistan rəsmisi

Hazırda oxunan: “Azərbaycan öz kimliyini bərqərar edən dövlətə çevrilib” - Pakistan rəsmisi

136247

"Azərbaycan inkişaf edən, öz kimliyini bərqərar edən dövlətə çevrilib. Pakistan da oxşar uğurlara nail olmaq üçün yola çıxıb. İnanırıq ki, iki ölkə birgə işləyərək qarşılıqlı rifaha nail ola biləcək". 

Bizim.Media xəbər verir ki, bunu Pakistan Milli Assambleyasının sədr müavini Zahid Akram Durrani Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.

"İrsimiz, dəyərlərimiz müxtəlif sahələrdə əməkdaşlıq üçün potensial yaradır. Daha sıx əməkdaşlıq etməliyik ki, qarşıda duran çətinliklərə tab gətirə bilək. Birgə işləsək, daha təhlükəsiz, inkişaf etmiş gələcəyi təmin etmiş olacağıq. Nəinki iki ölkədə, eləcə də bütün regionda bunu təmin etmiş olacağıq”, - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO