Misir rəsmisi: “Azərbaycanla ölkəmiz arasında çox möhkəm qardaşlıq münasibətləri mövcuddur”

Misir rəsmisi: “Azərbaycanla ölkəmiz arasında çox möhkəm qardaşlıq münasibətləri mövcuddur”

Hazırda oxunan: Misir rəsmisi: “Azərbaycanla ölkəmiz arasında çox möhkəm qardaşlıq münasibətləri mövcuddur”

136124

“Azərbaycan bizə dost ölkədir və dostluğumuzun böyük tarixi var”. 

Bizim.Media xəbər verir ki, Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib. 

Azərbaycanda özlərini ölkələrindəki kimi hiss etdiklərini deyən qonaq Azərbaycanla Misir arasında çox möhkəm qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Hanaf Ali Əl Gebali qeyd edib ki, Misirdə Ulu Öndərin xatirəsi daim böyük ehtiramla anılır. 
O qeyd edib ki, ölkə üçün çox çətin vaxtlarda məhz Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bütün sınaqlardan uğurla çıxaraq inkişaf yoluna qədəm qoyub və Prezident İlham Əliyev bu siyasəti müvəffəqiyyətlə davam etdirir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO