İlham Əliyev Brüsseldə Şarl Mişel ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi

İlham Əliyev Brüsseldə Şarl Mişel ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi

Hazırda oxunan: İlham Əliyev Brüsseldə Şarl Mişel ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi

135907

Xəbər verdiyimiz kimi, Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

Görüşdə dövlətimizin başçısı Brüsselə səfərə dəvətə görə Avropa İttifaqı Şurasının Prezidentinə təşəkkürünü bildirib.

Bizim.Media xəbər verir ki, hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə etdilər.

Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Brüsseldə Şarl Mişel ilə ikitərəfli görüşü başa çatdı


Söhbət zamanı son aylar ərzində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət, habelə bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşün gündəliyi müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO