Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Ordumuz ermənilərin komanda qərargah məntəqəsini belə məhv etdi - ANBAAN VİDEO
Bildirilib ki, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Bizim.Media