15 yaşlı Cahan Ağayeva Britaniyanın Azərbaycandakı səfirliyinə bir günlük səfir seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik özünün Facebook səhifəsində yazıb.
“Yeni gənc səfirimizi salamlayırıq. Cahan müsabiqədə birinci yeri tutub. O, səfir Fergus Auldun kölgəsi olacaq və səfirin bir günlük həyatını yaşayacaq”, - deyə qurumun paylaşımında bildirilir.
Məlumata görə, Cahan Ağayeva digər üç mükafatçı ilə birlikdə ilk Gənc Səfir qrupunda olacaq və dəyərlərin təbliğində ilboyu səfirliyə dəstək olacaq.
“Komandaya xoş gəlmisiniz / Göyərtəyə xoş gəlmisiniz!” - paylaşımda deyilir.
Bizim.Media