Şuşada 17 binadan ibarət yaşayış kompleksinin TƏMƏLİ QOYULDU - FOTO/VİDEO

Şuşada 17 binadan ibarət yaşayış kompleksinin TƏMƏLİ QOYULDU - FOTO/VİDEO

Hazırda oxunan: Şuşada 17 binadan ibarət yaşayış kompleksinin TƏMƏLİ QOYULDU - FOTO/VİDEO

135261

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşa şəhərində 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Bizim.Media xəbər verir ki, dövlət başçısına və birinci xanıma kompleksdə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq.

Bu yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq, istirahət, idman, uşaq əyləncə sahələri istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Dövlət başçısı Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlini qoyub.
 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO