Cahit Baxçı Şuşada Atatürk küçəsinin açılmasına görə İlham Əliyevə təşəkkür etdi

Cahit Baxçı Şuşada Atatürk küçəsinin açılmasına görə İlham Əliyevə təşəkkür etdi

Hazırda oxunan: Cahit Baxçı Şuşada Atatürk küçəsinin açılmasına görə İlham Əliyevə təşəkkür etdi

135109

Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Prezident İlham Əliyevə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Tvitterdə paylaşım edib.

“Azad Qarabağın hər bir nöqtəsi və küçəsinin yenidənqurma işləri ilə şəxsən məşğul olan Azərbaycan Prezidenti cənab Əliyev Qafqazın tacı, Qarabağın incisi və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada yenilənən Atatürk küçəsini açdı. Təşəkkürlərimizlə”, - o bildirib.
Qeyd edək ki, bu gün Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub. Küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO