Prezidentin mətbuat konfransı “Sinhua” agentliyində

Prezidentin mətbuat konfransı “Sinhua” agentliyində

Hazırda oxunan: Prezidentin mətbuat konfransı “Sinhua” agentliyində

13404

“Sinhua” agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici KİV nümayəndələri üçün mətbuat konfransı ilə əlaqədar məqalə dərc edib.

Bizim.Media xəbər verir ki, “Azərbaycan Prezidenti: “Çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər” adlı məqalədə deyilir

MÖVZU İLƏ BAĞLI:

Misir mətbuatı İlham Əliyevin keçirdiyi mətbuat konfransından yazdı - FOTO


“Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da çinli tərəfdaşların COVID-19-a qarşı peyvənd tədarükü üzrə öhdəliklərini yerinə yetirdiklərinə görə təqdir edib, eyni zamanda vaksinlərin qlobal paylanmasında açıq-aşkar bərabərsizliklə bağlı narahatlığını bildirib.

“Həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük.

Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar... Belə çıxır ki, kiməsə çatmayacaq”, - deyə prezident onlayn formatda qatıldığı mətbuat konfransında bildirib.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan lap əvvəldən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənən beynəlxalq “COVAX” peyvənd mübadiləsi təşəbbüsünə qoşulub.

Çinli tərəfdaşların öz öhdəliklərinə sadiq qaldıqlarını qeyd edən prezident ölkəsinin alınmalı olan başqa peyvəndləri hələ də almadığını söylədi.

O, Azərbaycanın “COVAX” təşəbbüsü üzrə “AstraZeneca” - “Oxford”, “Pfizer” - “BioNTech” və “Moderna” peyvəndlərini hələ almadığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO