Misir mətbuatı İlham Əliyevin keçirdiyi mətbuat konfransından yazdı - FOTO

Misir mətbuatı İlham Əliyevin keçirdiyi mətbuat konfransından yazdı - FOTO

Hazırda oxunan: Misir mətbuatı İlham Əliyevin keçirdiyi mətbuat konfransından yazdı - FOTO

13370

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Misirin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Bizim.Media xəbər verir ki, Misirin “Asiaelyoum” informasiya agentliyi və “Aldiplomasy” portalı dörd saatdan çox davam etmiş mətbuat konfransında Prezident İlham Əliyevin jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdığını, vacib məsələlərə toxunduğunu, bir sıra önəmli mesajlar verdiyini qeyd edib. 

“İlham Əliyev: 10 noyabr Bəyanatı prinsip etibarilə icra edilir” sərlövhəli materiallarda Azərbaycanın dövlət başçısının bölgədə yaranmış son vəziyyət, Ermənistanda siyasi böhran, hərbi əsirlərin qaytarılması və digər məsələlər haqqında 35 media qurumunun 50-dən çox sualını cavablandırdığı vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO