“Türkiyə və Azərbaycan dövlət başçılarının “TEKNOFEST” 2023-ü ziyarət etdiyi bir gündə Samsuna işgüzar səfərimiz xüsusilə əlamətdardır".
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi “Twitter” səhifəsində paylaşım edib.
“Müasir Türkiyənin qurucusu Atatürkün 19 may 1919-cu ildə Bandırma Vapuru ilə məhz burada sahilə çıxaraq başlatdığı milli mübarizə hərəkatı 100 yaşını qeyd etdiyimiz Türkiyə Respublikasının qurulması ilə nəticələnib.
Samsun Bandırma Gəmi Muzeyini ziyarət etməklə qardaş Türkiyənin şanlı keçmişinə bir daha yerində nəzər salmaq qürurverici idi. Səfərimiz çərçivəsində Türkiyənin ilk yerli elektromobili “Togg” ilə tanışlıq fürsətimiz oldu”, - deyə nazir qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:52 / 29.04.2023
Mikayıl Cabbarov “Togg”un sükanı arxasına keçib - FOTO
Hazırda oxunan: Mikayıl Cabbarov “Togg”un sükanı arxasına keçib - FOTO
Hazırda oxunan: Mikayıl Cabbarov “Togg”un sükanı arxasına keçib - FOTO
133522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.