Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi “Twitter” hesabında qeyd edib.
"Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclasında iqtisadi əməkdaşlığın şaxələndirilməsi, sənaye, ticarət, turizm və rəqəmsallaşma sahəsində əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük", - deyə nazir əlavə edib.
Həmçinin Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstanın rəisi Rüstəm Minnixanovla görüşüb:
"Tatarıstanın rəisi Rüstəm Minnixanov ilə keçirdiyimiz görüşdə Azərbaycan-Tatarıstan münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər və işgüzar əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi apardıq".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:49 / 28.04.2023
Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclası KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclası KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclası KEÇİRİLDİ - FOTO
133366
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.