Fransa XİN rəhbəri Ermənistan-Azərbaycan sərhədinə GETDİ - FOTO

Fransa XİN rəhbəri Ermənistan-Azərbaycan sərhədinə GETDİ - FOTO

Hazırda oxunan: Fransa XİN rəhbəri Ermənistan-Azərbaycan sərhədinə GETDİ - FOTO

133238

İrəvanda səfərdə olan Fransa xarici işlər naziri Katrin Kolonna Ermənistan-Azərbaycan sərhədinə gedib. 

Bizim.Media "armenpress"ə istinadən xəbər verir ki, xarici işlər naziri Kolonna Avropa İttifaqının Mülki Missiyasının işi ilə tanış olub. 

“Bu iş bizim üçün müsbət nəticələr verir. Müşahidə fəaliyyəti sayəsində Aİ-yə üzv dövlətlər üçün faydalı olan məlumatları yerdən əldə etmək imkanı verir. Bu, müşahidə missiyasıdır, silahlı missiya deyil, məqsəd sadəcə olaraq vəziyyəti izləmək üçündür, lakin istənilən halda bu mövcudluq gərginliyi azaltmağa imkan verir. Etimadı yaratmaq üçün Azərbaycan və Ermənistan arasında atəşkəsə əməl edilməlidir”, - fransalı nazir qeyd edib. 
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan sərhəddəki vəziyyət barədə Fransa XİN rəhbərini məlumatlandırıb.




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO