Prezident: “Ermənistan öhdəliklərini yerinə yetirməyib”

Prezident: “Ermənistan öhdəliklərini yerinə yetirməyib”

Hazırda oxunan: Prezident: “Ermənistan öhdəliklərini yerinə yetirməyib”

133103

Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirinin regiona səfəri çərçivəsində eyni zamanda regional əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin də müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə söhbət əsnasında 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra məhz ölkəmizin Ermənistanla qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh müqaviləsi imzalamaq təklifini irəli sürdüyünü və bunun üçün rəsmi İrəvana beş prinsip təqdim etdiyini vurğulayıb.

Dövlət başçısı 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanın öz üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyini diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO