Macarıstanın xarici işlər naziri:

Macarıstanın xarici işlər naziri: "Ən yaxşı həll yolu Azərbaycandan qaz idxal etməkdir"

Hazırda oxunan: Macarıstanın xarici işlər naziri: "Ən yaxşı həll yolu Azərbaycandan qaz idxal etməkdir"

132670

"Mən əhəmiyyətli dərəcədə qaz resursları olmayan bir ölkənin adından danışıram. Buna görə də biz başqalarından asılıyıq və nəticə etibarı ilə diversifikasiya bizim üçün həyati dərəcədə vacibdir. Diversifikasiya və onun mənasına gəlincə, bu, coğrafi asılılığı dəyişmək əvəzinə daha çox, yəni müxtəlif resurslara güvənmək deməkdir".

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumunun Sofiya şəhərində keçirilən imzalanma mərasimində deyib.

“Biz hesab edirik ki, Avropada hazırkı enerji böhranı üçün ən yaxşı həll yolu Avropaya daha çox resurslardan daha çox qaz idxal etmək olardı. Mərkəzi Avropada diversifikasiyaya gəlincə, ən realist və yaxşı həll yolu Azərbaycandan qaz idxal etməkdir, buna şübhə yoxdur.

Biz bilirik ki, qaz resursu oradadır, lakin onun necə çatdırılması sual doğurur. Bu tranzitboyu ölkələrin qaza tələbatı yüksəkdir və fakt odur ki, bu tələbat infrastrukturun həcmindən artıqdır. Və bu o deməkdir ki, sizin tələbatınız nə qədər çoxdursa, deməli sizin enerji infrastrukturuna ehtiyacınız bir o qədər çoxdur.
Ona görə də biz düşünürük ki, Mərkəzi və Cənubi-Şərqi Avropada enerji infrastrukturunun qurulması bizim əsas ev tapşırığımızdır, vəzifəmizdir. Bu, həm buradakı ölkələrin vəzifəsidir, onlar buna hazırlaşmalı, infrastruktur üçün investisiya ayırmalı və prosesi təşkil etməlidirlər. Bu, həmçinin Avropa İttifaqının ev tapşırığıdır, bu infrastrukturu maliyyələşdirməyi nəzərdə tuturam.

Çünki Mərkəzi və Cənub-Şərqi Avropa üçün yeni enerji resurslarının tapılması Avropanın həqiqi məsələsidir.

Beləliklə bu, həm də Avropa İttifaqının öhdəliyidir. Biz nəzakətli insanlar olduğumuz üçün bunu rica edirik. Ancaq eyni zamanda, tələb edirik ki, nəhayət Avropa İttifaqı bu məsələni ciddiyə alsın. Əgər Aİ bunu etməsə, onun enerji məsələlərində etibarlılığı azalacaq.

Macarıstan tərəfi proseduru başlatmağa hazırdır, biz Macarıstan hökuməti olaraq bu təşəbbüs çərçivəsində ildə 5 milyard kub metr qazın regiona idxalı üçün müvafiq addımlar atmağa hazırıq.

Əgər "Həmrəylik halqası" və Aİ-nin maliyyə dəstəyi olmasa idi, biz Mərkəzi Avropa ölkəsi olaraq Azərbaycandan əhəmiyyətli həcmdə qaz idxal edə bilməyəcəkdik. Ona görə də mən Azərbaycan, Rumıniya, Bolqarıstan və Slovakiyadan olan dostlarımıza bu təşəbbüsü ərsəyə gətirdikləri üçün minnətdarıq. Ümid edirəm ki, növbəti dəfə Türkiyə də təmsil olunacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO