“Ermənistanda baş verən böhranın, tragikomediyanın bir sonu olmalıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda erməni dili qorunacaq... - Prezident
Prezident qeyd edib ki, Ermənistanda baş verənlər bizim planlarımıza təsir edə bilməz:
“Atəşkəs və 10 noyabrda imzalanan üçtərəfli bəyanatın icrası ilə bağlı Putinin cavabını diqqətinizə çatdırmaq istəyirəm.
O vaxt Putinə sual vermişdim ki, əgər Ermənistan bəyanatın icrasından boyun qaçırsa nə olacaq. Putin cavabında demişdi ki, “bu Ermənistan üçün suiqəsdə bərabər olar”.
Ermənstanın son illərdəki davranışları onu çox faydalı beynəlxaql əməkdaşlıqdan uzaqlaşdırıb. Bizim Türkiyə, Rusiya və İranla birgə əməkdaşlığımız var. Ermənistan yeganə dövlətdir ki, bu əməkdaşlıqlardan kənarda qalıb.
Alçina Amilqızı, Bizim.Media