Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə BMT Baş Katibinin müavini, qurumun Sivilizasiyalar Alyansının Yüksək Nümayəndəsi Migel Anhel Moratinos arasında video konfrans formatında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, Şeyxülislam Allahşükür Paşazadə Migel Anhel Moratinosa son günlər Azərbaycan dövlətinin öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlar, Ermənistanın vasitəçi dövlətlərin səyi ilə əldə edilən humanitar atəşkəsi dəfələrlə kobud surətdə pozmasından danışıb.
Qeyd edib ki, Ermənistanın dinc əhaliyə qarşı vəhşilik törətməsi nəticəsində 65 mülki vətəndaş həlak olub. Allahşükür Paşazadə dünya ictimaiyyətini bu cinayətə qarşı biganə qalmamağa çağırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:11 / 26.10.2020
Şeyx BMT Baş Katibinin müavininə erməni vəhşiliyindən bəhs etdi
Hazırda oxunan: Şeyx BMT Baş Katibinin müavininə erməni vəhşiliyindən bəhs etdi
Hazırda oxunan: Şeyx BMT Baş Katibinin müavininə erməni vəhşiliyindən bəhs etdi
1315
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.