İsrailin xarici işlər naziri Bakıya gəldi

İsrailin xarici işlər naziri Bakıya gəldi

Hazırda oxunan: İsrailin xarici işlər naziri Bakıya gəldi

131470

İsrailin xarici işlər naziri Eli Koen bu gün böyük nümayəndə heyəti ilə Bakıya gəlib. 

Bizim.Media xatırladır ki, belə heyətlə reallaşan səfər ilk deyil.

Diplomatik münasibətlərin mövcud olduğu 30 il ərzində Azərbaycan paytaxtına dəfələrlə İsrail prezidentləri, bu ölkənin baş nazirləri və nazirlər kabinetinin üzvləri, o cümlədən xarici işlər nazirləri səfər ediblər. 

Buna baxmayaraq, indiki səfərə əvvəlki səfərlərdən daha çox diqqət yetirilir. Əsasən ona görə ki, bu səfər Bakı ilə Tehran arasında son vaxtlar ciddi şəkildə pisləşən münasibətlər fonunda baş verir.

Eyni zamanda, ötən ay Azərbaycan Respublikasının Təl-Əvivdə səfirliyinin açılışından sonra Bakı ilə Yerusəlim arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Bu da öz növbəsində ekspertlərə Eli Koenin Bakıya budəfəki səfərinin İsrailin Azərbaycanla İrana qarşı ittifaq yaratmaq üçün diplomatik səylərinin bir hissəsi olduğunu deməyə əsas verir.

Xatırladaq ki, bu ilin mart ayında Azərbaycanın Təl-Əvivdəki səfirliyinin açılış mərasimində iştirak etmək üçün İsrailə səfər etmiş Ceyhun Bayramovla görüşdə Eli Koen iki ölkənin İrana qarşı vahid cəbhə kimi çıxış etməsinin vacibliyini vurğulayıb.
İsrail mətbuatının yazdığına görə, Eli Koenin Bakı qrafiki həddən artıq sıxdır: aprelin 19-da səhər İsrailin xarici işlər naziri prezident İlham Əliyev, daha sonra xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq. Aprelin 21-i səhər isə İsrailin xarici işlər naziri nümayəndə heyəti ilə geri dönəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO