“Ermənistan tərəfindən törədilən davamlı hərbi-siyasi təxribatlar Azərbaycanın sülh və quruculuq səylərinə xələl gətirir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan ilə telefon danışığı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov ABŞ rəsmisini Ermənistanın təxribatları barədə MƏLUMATLANDIRDI
Nazir qeyd edib ki, Ermənistan hələ də silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmayıb.
Danışıq zamanı nazir ABŞ rəsmisinə Ermənistanın Azərbaycanın erməni sakinlərin reinteqrasiyasiya səylərinə maneçilik törətdiyi, Laçın yolundan sui-istifadənin qarşısını almaq məqsədilə sərhəd keçid məntəqəsi yaradılması təklifinə qarşı çıxdığı barədə məlumat verib.
Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlara baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsində qərarlı olduğu bildirilib.
Bizim.Media