“Bir çox beynəlxalq təşkilatlar bu qanlı hadisəyə münasibət bildirib. İşlər davam etdiriləcək. Nəzərə alsaq ki, o illərdə erməni lobbisi fəal çalışır, dünyaya yalan informasiya ötürürdü. Beynəlxalq ictimaiyyətdə yanlış fikirlər yaranmışdı. Bu fikirləri aradan götürmək üçün aktiv işlər həyata keçirdtdik.”
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocalı soyqırımı ilə bağlı canlı bağlantı vasitəsilə jurnalistlərin suallarını cavablandırarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
“Xocalı soyqırımı erməni faşizmin təzahürüdür” - PREZİDENT
Ölkə başçısı soyqırımın beynəlxalq müstəvidə tanınmasında Heydər Əliyev fondunun “Xoclıya ədalət” beynəlxalq kampaniyasını xüsusi vurğulayıb.
Prezident əlavə etdi ki, “məqsədimiz odur ki, bu qanlı cinayət heç vaxt unudulmasın və bir daha təkrarlanmasın”.
Bizim.Media